Şriftin ölçüsü :

Saytın rəngi :

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin 70 illik yubileyi Şamaxıda qeyd edilmişdir

28 dekabr 2018 | 16:00

  Şamaxı rayon Mədəniyyət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının Tənqid və sənətşünaslıq bölməsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin əsərlərindən ibarət sərgi və anadan olmasının 70 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.
  Tədbiri giriş sözü ilə açan Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Əli Nur iştirakçıları salamlayaraq yubilyarın yaradıcılıq yolu barədə ətraflı məlumatlar vermişdir.
  Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Tahir Məmmədov yubiley münasibətilə yubilyarı təbrik etmiş, ona fəaliyyətində uğurlar arzulamışdır. Sonra yubilyara fəxri fərman və hədiyyə təqdim etmişdir.
  Yubilyarın sənət dostları, Xalq rəssamları Arif Hüseynov, Səlhab Məmmədov, Ağali İbrahimov, Xalq artisti İlham Namiq Kamal və başqaları çıxış edərək rəsmləri və nümunəvi həyatı ilə insanların qəlbində özünə yer edən Ziyadxan Əliyevin rəssamlıq sənətinə verdiyi töhfələrdən, onun əsərlərinin mövzu müxtəlifliyindən danışmış, ona gələcək fəaliyyətində və şəxsi həyatında ən xoş arzularını çatdırmışlar.
  Ziyadxan Əliyev yaradıcılıq planlarından danışaraq əməyinə verilən yüksək qiymətə görə Dövlətimizə, tədbirin təşkilatçılarına və sənət dostlarına minnətdarlığını bildirmişdir.
  Tədbir incəsənət ustalarının ifasında konsertlə davam etdirilmişdir.

Keçidlər