Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Mədrəsə qəsəbəsində sakinlərlə görüşmüşdür

24 aprel 2018 | 16:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü rayonunun Mədrəsə qəsəbəsində keçirilmişdir.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinlərinin iştirak etdiyi qəbulda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev kənd sakinlərini salamlamış, son illər respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır. Rayon rəhbəri əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
Sonra qəsəbə sakinləri onları narahat edən sosial-iqtisadi məsələlərin həlli ilə bağlı rayon rəhbərliyinə müraciət etmişlər. Çıxış edən vətəndaşlar əvvəlcə respublikada, rayonda, eləcə də qəsəbədə görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışmış, bu il də əhalinin tibbi müayinəsinin aparılması kampaniyasının davam etdirilməsinə, qəsəbədə fasiləsiz olaraq təbii qaz və elektrik enerjisi ilə təminatına, son illər ardıcıl olaraq əmək haqqı və təqaüdlərin artırılmasına, sosialyönümlü layihələrin icrasının davam etdirilməsinə, tikinti-quruculuq işlərinin genişləndirilməsi, o cümlədən qəsəbədə tikilən yeni məktəb binasına və körpələr evi-uşaq bağçasının təmirinə görə Prezident cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Daha sonra qəsəbə sakinlərindən Ələsgər Xəlilov, Əhməd Qasımov, Davud Ziyayev və digərləri qəsəbəyə gələn içməli su xəttinin, qəsəbədaxili avtomobil yollarının və qəzalı vəziyyətdə olan elektrik xətlərinin təmir olunmasına köməklik göstərilməsini xahiş etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev səyyar qəbul-görüşdə sakinlər tərəfindən edilən müraciətlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə lazımi tapşırıq və göstərişlər vermişdir.

Keçidlər