Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonunda 2018-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

19 aprel 2018 | 16:00

19 aprel 2018-ci il tarixdə Şamaxı rayonunda 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncağı giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclası ilə bağlı ətraflı çıxış etmiş, qeyd olunan müddətdə istər respublika, istərsə də rayon miqyasında əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır.
Çıxışı zamanı rayon İcra Hakimiyyətinin Başçısı Prezident cənab İlham Əliyevin ölkədə iqtisadi durumun yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, kənd təsərrüfatında islahatların genişləndirilməsi, yeni iş yerlərinin yaradılması, yeni istehsal və emal müəssisələrinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarını xüsusi vurğulayaraq bu istiqamətdə mühüm işlər görüldüyünü, iri taxılçılıq təsərrüfatları, yeni turizm obyektləri yaradıldığını qeyd etmiş, turizmin inkişaf etdirilməsi məqsədilə rayonun Dəmirçi kəndi ilə İsmayıllı rayonunun Lahıc qəsəbəsini birləşdirəcək 22 km-lik yeni avtomobil yolunun tikintisinin davam etdirildiyini diqqətə çatdırmışdır.
Ötən əsrin 70-80-ci illərində Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmiş Şamaxıda bu sahə yeni inkişaf mərhələsinə qədəm qoyduğu bildirilmişdir. Rayonda üzüm bağlarının sahəsinin 1710 hektara çatdırıldığı, bundan əlavə “Mədrəsə Aqro” MMC tərəfindən 74 hektar sahədə, “Şirvan Şərabları” MMC tərəfindən isə 120 hektar sahədə yeni üzüm bağı salındığı diqqətə çatdırılmışdır.
Çıxışının sonunda rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev qeyd etmişdir ki, aprelin 9-da keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, xüsusilə dövlətimizin başçısının nitqlərində qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi üçün rayonumuzda bütün qüvvə və imkanlar maksimum səfərbər ediləcəkdir.
Məruzə ətrafında Ağsu Regional Qaz İstismar İdarəsinin Şamaxı xidmət sahəsi üzrə rəis müavini Rauf Qasımov, rayon Su-Kanal İdarəsinin rəisi Eldəniz Şeydayev, rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Elxan Məmmədov və Şamaxı Elektrik Şəbəkəsinin rəisi Ceyhun Yəhyayev çıxış etmişlər. Ümumilikdə 2018-ci ilin birinci rübünün yekunları rayon üçün müsbət qiymətləndirilmişdir.
Yığıncaqda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, aparılması nəzərdə tutulan abadlıq işləri, və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.

Keçidlər