Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı gəncləri: “And yerimiz Vətəndir!”

14 aprel 2018 | 16:00

Aprelin 14-də Şamaxı Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin birgə təşkilatçılığı ilə ordu sıralarından tərxis olunmuş gənclərin qarşılanması, çağırışçı gənclərin isə həqiqi hərbi xidmətə yola salması münasibətilə mədəni-kütləvi tədbir keçirilmişdir.
Tədbir iştirakçıları ilk olaraq Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzmüşlər.
Ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında keçirilən  tədbirdə əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilmiş, sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Qasım Qasımov iştirakçıları salamlayaraq ordu sıralarından tərxis olunmuş gəncləri hərbi xidmətlərini şərəflə başa vuraraq öz doğmalarının yanına sağ-salamat qayıtması münasibətilə təbrik etmiş, çağırışçı gənclərin Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında hərbi xidmətlərini vətənə sədaqət, ordumuza inamla başa vurmalarını arzulamış, xalqımızın daim Şanlı Ordumuzla fəxr etdiyini xatırlamaqlarını tövsiyə etmişdir. Milli Ordumuzun müstəqil Azərbaycan dövlətinin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və dövlətimizin ərazi bütövlüyünün tam təminatçısı olduğunu qeyd edən natiq bu gün qazanılan bütün uğurların Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamış, Ulu Öndərin ordu quruculuğu sahəsində başladığı işlərin bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla aparıldığını qeyd etmişdir.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin rəisi Nasir Qurbanov, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, ordudan tərxis olunmuş və çağırışçı gənclər çıxış edərək ölkəmizdə ordu quruculuğu sahəsində aparılan işlərdən, dövlətimizin gənclərə diqqət və qayğısından söhbət açmış, bildirmişlər ki, bu gün Azərbaycan Silahlı Qüvvələri mənfur düşməni hər an məhv etməyə qadir olan güclü maddi-texniki bazaya malikdir. Regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Çıxış edənlər Azərbaycanın sabitlik və inkişafının qarantı olan vətənpərvər dövlət başçısının ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm bir mənəvi vəzifə kimi səciyyələndirmişlər.
Sonda çağırışçılar musiqi sədaları altında Azərbaycan Bayrağını öpərək xüsusi avtobuslarla hərbi hissələrə yola düşmüşlər.

Keçidlər