Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayon İcra Hakimiyyəti başçısının yanında şuranın iclası keçirilmişdir

04 aprel 2014 | 15:00

İclas Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 2014-cü il fevral ayının 17-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsi məsələsinə həsr olunmuşdur.
İclasda şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, başçının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev gündəlikdəki məsələ ilə əlaqədar geniş məlumat vermiş və bu sahədə qarşıda duran vəzifələri müəyyən etmişdir.
Bu il fevral ayının 17-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırığın xalqımızın sağlamlığına, uzunömürlülüyünə dövlət qayğısının təzahürü olduğunu vurğulayan Asif Ağayev bu diqqət və qayğının şamaxılılar tərəfindən razılıq hissi ilə qarşılandığını qeyd etmişdir. O, son illərdə respublikamızda gedən sürətli iqtisadi inkişafın bütün sahələrə, o cümlədən səhiyyənin inkişafına əsaslı təkan verdiyinə diqqəti cəlb etmiş, dövlətimizin başçısı tərəfindən göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan səhiyyəsinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söyləmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi proqramların ölkə vətəndaşları üçün sağlam həyat tərzinin yaradılmasına xidmət etdiyini bildirən Asif Ağayev uşaqların yüksək səviyyədə tibbi xidmətlə əhatə olunduğu xüsusilə vurğulamışdır.
Həmçinin bildirilmişdir ki, fevral ayının 17-dən davam edən aksiya çərçivəsində indiyədək 36 minə yaxın rayon sakini tibbi müayinədən keçirilmiş, onlardan 4 minə yaxını ambulator, 90 nəfəri isə stasionar müalicəyə cəlb olunmuş, 145 nəfər isə Bakı şəhərinə göndərilmişdir.
İclasda Şamaxı RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elxan Məmmədov, Şamaxı Müalicə-Diaqnostika Mərkəzinin baş həkmi Vəlixan Qarayev və başqaları çıxış edərək əhalinin tibbi müayinədən keçirilməsinin vacibliyindən danışmış, bu mühüm aksiyanın reallaşmasına göstərdiyi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra şura iclası müzakirə olunan məsələ ilə bağlı qərar qəbul etmişdir.

Keçidlər