Şriftin ölçüsü :

Saytın rəngi :

Daxili müsahibə

Hörmətli həmkarlar,
Dövlət İmtahan Mərkəzi tərəfindən  dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə 3 sentyabr 2025-ci il tarixdə daxili müsahibə elanı verilmişdir. Elan üzrə sənəd qəbulu yalnız Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir və 17 sentyabr 2025-ci il tarixi, saat 18:00-dək davam edəcək. Aşağıda göstərilmiş linkə daxil olaraq aidiyyəti dövlət orqanı üzrə elana çıxarılmış vəzifələrin adlarına, vəzifə təlimatı və müsahibə proqramlarına bir daha nəzər yetirməyiniz, çatışmazlıq və nöqsanlar (olduğu təqdirdə) barədə mümkün qısa müddət ərzində məlumat verməyiniz, habelə müsahibə elanının dövlət orqanının rəsmi internet portalına yerləşdirilməsini təmin etməyiniz xahiş olunur:   

https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=577

Keçidlər